2024-cü ilin yanvar ayında Azərbaycanda 2 milyon 529 min dkl alkoqolsuz içki istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 220,8 min dkl və ya 9,6% artıb.
Ötən ilin yanvar ayında 2 milyon 308,3 min dkl alkoqolsuz içki istehsal edilmişdi.
2024-cü ilin fevral ayının 1-nə hazır məhsul istehsalı 457,1 min dkl təşkil edib.
Hazır məhsul ehtiyatı 37,1 min dkl, yəni 7,5% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 494,2 min dkl olub.