2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 129,5 milyon manatlıq geyim istehsal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Məlumata görə bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28,6 faiz çoxdur.
Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 458,3 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə geyim istehsalında 28,6 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 7,6 faiz artım, toxuculuq sənayesində isə 6,4 faiz azalma müşahidə olunub.
11 ay ərzində 803,6 min ədəd (49,6 faiz çox) üst geyimi, 2 748,4 min ədəd (37,8 faiz çox) istehsalat və peşə komplektləri, 1 590,7 min ədəd (2 dəfə çox) alt geyimi, 4 737,3 min ədəd (23,2 faiz az) sair geyim və 3 576,3 min cüt (0,1 faiz az) corab istehsal olunub.
Eyni zamanda, hesabat dövrü ərzində ölkədə 56,1 min kvadratmetr (6,2 faiz çox) emal edilmiş dəri və 915,2 min cüt (34,5 faiz çox) ayaqqabı istehsal olunub. Ayaqqabılar, dəri və dəridən məmulatların istehsalı dəyər ifadəsində 7,6 faiz artaraq 39 milyon manata çatıb.
Pambıq parçalar il ərzində 7,1% artaraq 27 min 654,1 min kv.m-ə çatıb. Xalça və xalça məmulatları 3,1 % azalaraq 3,1 min kv.m-ə düşüb.