Sumqayıt şəhərində xalça emalı sexi tikiləcək.
Yusif Abdullayev: "Azərbaycan xalçalarının ixracında ciddi artım gözlənilir"
FED.az verir artıq bununla bağlı “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) hazırlıqlara başlayıb.
Məlumata görə, xalça emalı sexi Sumqayıt Kimya Sənayesi Parkında "Azərxalça” ASC-yə məxsus mövcud təmiz yun anbarının daxilində inşa olunacaq.
“Azərxalça” ASC emal sexinin inşası işlərinin 1,8 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 000 000 manat olan ASC-nin qanuni təmsilçisi Məmmədov Emin Səlhab oğludur. (Trend)