Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “STP” MMC ilk dəfə olaraq Misirə alüminium pəstahlar (alüminium profillərin istehsalı üçün nəzərdə tutulmuş xammal) ixrac etməyə başlayıb.
Eləcə də bax: Azərbaycan Qazaxıstana alüminium profil - İXRAC EDİR
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən FED.az-a bildirilib ki, ilkin olaraq, Misirə 100 ton həcmində məhsul göndərilib. Növbəti mərhələdə daha 200 ton məhsulun ixracı nəzərdə tutulur. Alüminium pəstahlar “STP” MMC-nin Alüminium və Mis Profilləri Zavodunda istehsal olunur.
Qeyd edək ki, “STP” MMC bundan əvvəl Danimarka, Polşa, Estoniya, Ukrayna və Türkiyəyə alüminium pəstah və profillər ixrac edib.