“Belstroytsentr” RUP və Azərbaycanın “IMA-ENERGY” şirkəti tikinti sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Qarabağdakı kəndlərdə Belarus təcrübəsi tətbiq edilir –AQRAR ŞƏHƏRCİK SALINIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Belarus mətbuatının yaydığı məlumata görə, sənədin imzalanması videokonfrans formatında baş tutub.
Əldə olunan razılaşmalar çərçivəsində Azərbaycan tərəfi Ağdam rayonunda aqroşəhərciyin salınması layihəsinin icrasında tərəfdaş-subpodratçı qismində çıxış edəcək. Bu təşəbbüs sosial əhəmiyyət daşıyır və 448 yaşayış evinin, ümumtəhsil məktəbinin və uşaq bağçasının tikintisini, habelə infrastrukturun formalaşdırılmasını nəzərdə tutur. Hazırda işlər layihələndirmə mərhələsindədir.
“IMA-ENERGY” ilə əməkdaşlıq Belarusun tikinti xidmətlərinin ixracı üçün yeni perspektivlər açır və iki ölkə arasında tikinti sahəsində tərəfdaşlığın möhkəmləndirilməsində növbəti mərhələdir. (Vergiler.az)













