Komidə Azərbaycana ixracı üçün nəzərdə tutulan 115 kubmetr həcmində taxta materiallarda təhlükəli zərərverici aşkar edilib.
Eləcə də bax: Azərbaycanda tikinti materialları - BAHALAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Şimal Dəniz Regionlararası İdarəsinin yaydığı məlumata görə, zərərverici aşkar edildikdən sonra məhsul karantinə göndərilib.
Məhsulun sahibinə, taxta materialları təcrid olunan yerə saxlanılması və karantin obyektlərinin məhv edilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb. Karantin obyektləri ilə mübarizə qaydalarının pozulmasına görə inzibati xəta işi açılıb. İdarənin qərarı ilə məhsulun sahibi 6 min rubl məbləğində cərimələnib.