Bakıda ötən ay tikinti materiallarının qiymətində dəyişikliklər müşahidə olunub.
Eləcə də bax: Azərbaycanda tikinti materialı istehsalında rekord - 80 FAİZ ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə “MBA Consulting Group” şirkətindən məlumat verilib.
Qeyd olunub ki, 2021-ci ilin dekabr ayında tikinti məmulatlarının qiymətində stabillik müşahidə olunub, lakin il ərzində qiymətlər 17,1 faiz bahalaşıb.
Dəmir məmulatlarının qiymətində ay ərzində 3,6 faiz, il ərzində 31,8 faiz bahalaşma müşahidə edilib. Taxta məmulatlarının qiyməti ay ərzində stabil qalıb, il ərzində 53,3 faiz bahalaşıb, dam örtüklərinin qiyməti ay ərzində stabil qalıb, il ərzində 43,8 faiz bahalaşıb, sementin qiyməti ay ərzində stabil qalıb, il ərzində 19,2 faiz bahalaşıb, qumun qiyməti ay ərzində və il ərzində stabil qalıb.