"Goldman Sachs"ın iqtisadçıları yeni koronavirus variantı "Omicron"un qlobal iqtisadi artım üzərində yarada biləcəyi təsirləri qiymətləndiriblər.
Eləcə də bax: Bayden: “Bütün insanlar peyvənd edilməyincə pandemiya bitməyəcək”
FED.az xəbər verir ki, "Goldman Sachs" iqtisadçıları "Omicron" variantının yarada biləcəyi təsirlər üzrə 4 ssenari hazırlayıb.
"Omicron"un "Delta" variantı ilə müqayisədə daha sürətli yayılması ssenarisində, "Goldman" iqtisadçıları 2022-ci ilin ilk rübündə qlobal iqtisadi artımın təxminən 2,5 bənd geriləyərək 2%-ə düşməsini gözləyir.
İqtisadçılar bu ssenaridə 2022-ci il üçün isə əvvəlki proqnoz ilə müqayisədə 0,4 bənd az - 4,2% artım təxmin edirlər.
"Goldman" "Omicron"un "Delta" ilə müqayisədə daha ağır keçməsi və xəstəxanaya yatanların artırması ssenarisində isə qlobal iqtisadi artımın daha ağır zərər görəcəyini nəzərdə tutur.
Üçüncü ssenari olan "səhv həyəcan" ssenarisində isə "Goldman" iqtisadçıları qlobal artım və inflyasiya üzərində ciddi bir təsir gözləmir.
"Omicron"un daha sürətli yayılıb daha yüngül keçməsi ssenarisində isə qlobal artımın baza ssenarisindən sürətli reallaşacağını proqnozlaşdırır.
ÜST: "Omicron"un daha sürətli yayıldığına dair dəqiq dəlil yoxdur
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), yeni növ koronavirusun (Covid-19) "Omicron" ştammının daha sürətli yayıldığına və "Delta" daxil olmaqla digər variantlar ilə müqayisədə daha şiddətli xəstəliyə səbəb olduğuna dair dəqiq bir dəlil olmadığını açıqlayıb.
ÜST-ün yaydığı açıqlamada, "Omicron" variantının ortaya çıxdığı Afrika qitəsinin cənubundakı ölkələrə səyahət qadağası tətbiq olunmasına başlanması tənqid olunub.
Açıqlamada, "Artan sayda ölkələr, yeni "Omicron" variantı ilə əlaqədar narahatlıqlar səbəbilə cənubi Afrika ölkələrinə uçuş qadağaları tətbiq edərkən, ÜST ölkələri elmi və Beynəlxalq Səhiyyə Tənzimləmələrini izləməyə dəvət edir" deyilir.
ÜST, səyahət məhdudiyyətlərinin, Afrika ölkələrində dolanışıq mənbələri və tədarük zəncirləri mövzusunda mənfi təsir yarada biləcəyilə əlaqədar olaraq sərhədlərin bağlanılmaması çağırışını edib. (Marja)