Yaponiyanın “Fast Retailing Co.” şirkəti istehsal etdiyi, yuyulduqdan sonra sürətlə quruyan tibbi maskaları özünün “Uniqlo” mağazalar şəbəkəsi vasitəsilə satışa çıxarıb.
Eləcə də bax: Bu ölkəyə gedən turistlərə gündəlik - 185 DOLLAR VERİLƏCƏK
FED.az xəbər verir ki, koronavirus pandemiyasının yayılmaqda davam etdiyi şəraitdə bu maskalar alıcılar tərəfindən böyük maraqla qarşılanıb və onu əldə etmək üçün böyük növbələr yaranıb.
Hər bağlamada 3 ədəd maskanın olduğu məhsul alt geyimlərinin istehsalında istifadə edilən “Airism” materialından hazırlanıb və alıcılara üç ölçüdə - kiçik, orta və böyük ölçülərdə təqdim olunur. Alıcılar tərəfindən yeni məhsula olan böyük tələbat “Uniqlo” geyim mağazalarının internet şəbəkəsi vasitəsilə satışında da problemlər yaradıb.
Satışın ilk günündə hər alıcıya cəmi bir bağlama verilməsinə baxmayaraq, artıq günorta saatlarında mağazalarda həmin tibbi maskadan qalmayıb. Eyni zamanda, “Uniqlo Japan” saytının yaydığı məlumata görə, maskaların internet vasitəsilə satışı üçün bu məhsul qurtarıb.
Şirkət bu məhsulun istehsalını artırmaq barədə qərar qəbul edib. Onun internet vasitəsilə “Uniqlo” şəbəkəsinin xaricdəki onlayn-mağazalar vasitəsilə alıcılara təklif ediləcəyi bildirilir.
Qeyd edək ki, satış qiyməti üç bağlama üçün 990 yen (təqribən 9,3 dollar) olan maskalar üç qatdan ibarətdir və 20 dəfə yuyulduqdan sonra belə keyfiyyətini saxlayır.
Şirkət həftəlik istehsalı 500 min bağlamaya çatdırmağı planlaşdırır. (Azərtac)