Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində Tovuz rayonu, Çatax kəndində fəaliyyət göstərən, fiziki şəxs Həsənov İmran Məhəmmədəli oğluna məxsus “Xarı Bülbül” ictimai iaşə müəssisəsində planlı yoxlama keçirilib.
Bu istirahət mərkəzlərinin rəhbərləri - CƏZALANDIRILDI
“Su Səsi” restoranı yoxlanılıb, nöqsanlar aşkarlanıb - SAHİBİ CƏZALANDIRILDI
FED.az xəbər verir ki, baxış zamanı müəssisədə sanitar norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu məlum olub. Belə ki, müəssisədə qida məhsullarının saxlanması zamanı temperatur rejimi və mal qonşuluğu qaydalarına riayət edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, işçilərin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.