Göygöl rayonu, Zurnabad kəndində fəaliyyət göstərən “Su Səsi” restoranında mənşəyi məlum olmayan və keyfiyyətsiz qida məhsullarının təqdim edilməsi ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən fiziki şəxs Qurbanov Ramin Yunis oğluna məxsus restoranda plandankənar yoxlama keçirilib.
“Hicaz 313” MMC-nin 4 tona yaxın kolbasa məhsulları - MƏHV EDİLİB
FED.az xəbər verir ki, baxış zamanı ictimai iaşə müəssisəsində digər istehsalçılara məxsus butulkalarda qablaşdırılmış, üzərində tərkibi, istehsal və son istifadə tarixləri göstərilməyən kompotlar, mənşəyi məlum olmayan süd məhsulları aşkarlanıb. Həmçinin qida məhsullarının çirklənmə riski yaradacaq şəraitdə, mal qonşuluğu qaydalarına riayət olunmadan saxlanıldığı müşahidə olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq istehlaka yararsız qida məhsullarının istifadəsinin qarşısı alınıb, icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati qaydada tədbir görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.