Bir sıra KİV-də Xankəndi şəhər poliklinikasının Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) balansına verilməsi ilə bağlı məlumat yayılıb.
"Ağdam, Sabirabad və Saatlı xəstəxanaları Xankəndidəki xəstələrin qəbulu üçün gücləndirildi"
FED.az xəbər verir ki, yayılan məlumatlarda qeyd edilib ki, yaxın günlərdə inventarlaşdırma işlərinə başlanılacaq.
Məsələ ilə bağl TƏBİB-dən bildirilib ki, Xankəndi şəhərində digər həyati vacib sahələr kimi, tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
"01.10.2023-cü il tarixindən etibarən Xankəndi şəhərində ambulator poliklinika, tam heyətlə, eləcə də, tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub", - deyə əlavə edilib. (Trend)