Biz yerdəki humanitar ehtiyacların ödənilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə, həmçinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə müntəzəm əlaqədəyik.
Bakıdan Xankəndinə - TİBBİ YARDIM GÖNDƏRİLİB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında qeyd edib.
Hikmət Hacıyev bildirib ki, Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar Xankəndidən xeyli sayda xəstənin qəbul edilməsi üçün əlavə tibbi heyətlə gücləndirilib.
Hacıyev qeyd edib ki, tibbi yardıma ehtiyacı olan insanların daşınması və yerdə tibbi yardımın göstərilməsi üçün Ermənistandan Qarabağa həkim briqadası olan helikopterin gəlməsinə icazə verilib.
Həmçinin Qarabağdan tibbi evakuasiya və humanitar yardımın çatdırılması üçün Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə eksklüziv çıxışın təmin edilməsi üzərində iş aparılır.