Bir müddətdir paytaxtda stomatoloqlardan hər iş otağı üçün aylıq 1800 manat, bölgələrdə isə 1200 manat tələb olunduğu barədə iddia yayılıb.
Stomatoloqlardan pul tələb edilməsi ilə bağlı - TƏBİB-dən AÇIQLAMA
FED.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov müsahibəsində məsələyə münasibət bildirib.
“Stomatoloqlar tərəfindən qeyri-rəsmi ödənişlər həddən artıq çox saydadır. Bunun qarşısının alınması üçün TƏBİB tərəfindən artıq müzakirələrə başlanılıb”, - deyə, o söyləyib.
V. Qurbanovun sözlərinə görə, burada konkret rəqəm və say üzərindən danışmaq düzgün deyil. Hələ rəsmi qərar yoxdur.