"Tibb müəssisələrinin üzərinə böyük yük düşür. Xüsusilə Bakıya yük düşür. Bəzi xəstəxanalar tam boşaldılmamışdı. Artıq həmin xəstəxanalar boşaldıldı".
Eləcə də bax: Baş Nazir yeni qadağaları - SABAH AÇIQLAYACAQ
FED.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, bu da digər sahə üzrə xidmətlərin göstərilməsinə təsir edə bilər:
"Bu gün üçün heç bir tibbi xidmətin axsamasına yol verilməyib. Hər bir ağır xəstənin müalicəsi üçün 10-15 tibb işçisinə ehtiyac olur. 7 000 - 8 000 tibb işçisi ümumilikdə bu işlə məşğul olur".
"report"