“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) başda olmaqla ekspertlər, infeksionistlər mövcud vəziyyətlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ediblər”.
Eləcə də bax: Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa - QADAĞA QOYULACAQ
FED.az "report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Ola bilsin ki, cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam qapadılma, məhdudlaşdırma, hərəkətin məhdudlaşdırılması, fərdi avtomobillərin küçəyə çıxması qadağan olunsun, mağazalar bağlansın və hərəkətin tam məhdudlaşdırıldığı bir rejim yaradılsın. Bunun detalları ilə bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun sabah müraciəti olacaq. Baş Nazirin çıxışında bu məsələlər detallı şəkildə elan ediləcək”, - o bildirib.