Uzunmüddətli iş saatları hər il yüz minlərlə insanın ölümünə səbəb olur.
Eləcə də bax: Avropada əlavə iş saatına görə nə qədər ödəniş edilir? - SİYAHI
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir. Bildirilir ki, iş saatları ilə bağlı qlobal təhqiqatlar göstərib ki, 2016-cı ildə uzunmüddətli iş saatı səbəbindən 745000 nəfər insult və ürək xəstəliklərindən dünyasını dəyişib. Bu problemdən daha çox Cənub-Şərqi Asiya və Qərbi Sakit okean bölgəsindəki insanlar əziyyət çəkir.
ÜST həmçinin, bildirib ki, bu tendensiya koronavirus pandemiyası səbəbindən daha da pisləşə bilər. Tədqiqatlara əsasən həftədə 55 saat və daha artıq işləmək insult riskini 35%, 35-40 saat işləmək isə ürək xəstəliklərindən ölüm riskini isə 17% artırır.
Araşdırma, həmçinin, göstərib ki, uzunmüddətli iş nəticəsində ölənlərin təxminən dörddə üçü ortayaşlı və yaşlı kişilərdir.