Artıq ardıcıl olaraq onuncu ildir ki, Bolqarıstan əlavə iş saatına verilən ödəniş məbləğinə görə Avropa İttifaqında (Aİ) sonuncu yeri tutub.
FED.az Avropa Statistika Agentliyinin məlumatına əsasən xəbər verir ki, 2018-ci ildə Bolqarıstanda əlavə iş saatına görə verilən məbləğ 5,5 avro təşkil edib. Rumıniyada bu məbləğ 6,5 avro, Macarıstanda 8,1 avro, Litvada 9 avro, Latviyada isə 9,3 avro təşkil edib. Aİ-də iş saatına görə verilən ən yüksək məbləğ Lüksemburqda qeydə alınıb. Belə ki, burada əlavə iş saatına görə 46,6 avro veriblər. İkinci yerdə olan Danimarkada 40,8 avro, Belçikada isə 39,3 avro verilir. Avropa İttifaqında əlavə iş saatına görə verilən ümumi məbləğ 23,6 avro təşkil edib.
azərtac