"Bu ilin sonuna qədər onlayn növbə sisteminin tətbiq dairəsi genişləndiriləcək".
Tibbi sığortada MRT və KT müayinəsi ödənişi dəyişdi – YENİ QİYMƏTLƏR
FED.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
O, onlayn növbə sisteminin hansı ərazilərdə yerləşən xəstəxanalarda aktiv tətbiq ediləcəyini də açıqlayıb.
Vüqar Qurbanov bildirib ki, TƏBİB-ə tabe olan tibb müəssisələrində FHN-in rentgen otaqlarının izolyasiyası ilə bağlı apardığı yoxlamalar yekunlaşıb, bildirilən iradlar aradan qaldırılıb.
TƏBİB-in icraçı direktoru, həmçinin vətəndaşların KT və MRT müayinələri üçün tarifin 20%-ini ödəməsi məsələsinə də münasibət bildirib. Eləcə də hansı halda xəstələrdən bu xidmətlər üçün ödəniş alınmayacağını da açıqlayıb.
TƏBİB-in icraçı direktoru deyib ki, bu yeni qərarın xəstəxanalardakı uzun növbələri və sıxlığı azaldacağı gözlənilir.