"Koronavirus əleyhinə vaksinin 1-ci dozasında ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur".
Eləcə də bax: Səfir: 40 min doza “Sputnik V” vaksini - Azərbaycana Gətirilib
FED.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, baş ağrısı, üşütmə, qızdırma, halsızlıq, əzələ ağrısı kimi yüngül simptomların olması isə normal qəbul edilir: "Bu kimi hallar 2-ci dozaya əks göstəriş sayılmır. Vaksinasiya strategiyasına uyğun olaraq yanvarın 18-dən Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi başlayıb, ciddi anafilaktik reaksiyaların olması müşahidə edilməyib".
Qeyd edək ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "Coronavac" və İngiltərənin Oksford Universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (istehsalçı şirkət “AstraZeneca“) istifadə olunur. (Apa)