Bazar günü COVİD-19 koronavirus əleyhinə Rusiyanın 40 min doza “Sputnik V” vaksini Azərbaycana gətirilib.
Eləcə də bax: Azərbaycan Rusiyadan 300 000 doza - “Sputnik V” Vaksini Alacaq
FED.az xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov jurnalistlərə bildrib ki, bu, Azərbaycana gətirilən Rusiya istehsalı olan vaksinin ilk partiyasıdır.
“May ayı ərzində Rusiya vaksinin ikinci partiyasının gətirilməsi gölzənilir”, - o əlavə edib.
Diplomatın qeyd etdiyi kimi, Rusiya vaksinin effektivliyi 97% təşkil edir və 64 ölkədə qeydiyyatdan keçib.
İmzalanan müqaviləyə əsasən, ümumilikdə 300 min doza “Sputnik V” vaksini Azərbaycana gətiriləcək (İnterfaks)