Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndinin Azərbaycanda istehsalı imkanları öyrənilir.
Eləcə də bax: ÜST "Sputnik V"nin təsdiqini dayandırır
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə Kremlin Rusiya-Azərbaycan danışıqlarına dair materiallarında deyilir.
“2021-ci ildə Azərbaycan tərəfinin xahişi ilə ölkəyə 220 min doza “Sputnik V” peyvəndi tədarük edilib. Əlavə olaraq 80 min dozanın tədarükü planlaşdırılır. Yeni müraciətlər daxil olmayıb. Respublikada vaksin istehsalının təşkili imkanları öyrənilir”, - deyə bu gün Kremlin mətbuat xidmətindən bildiriblər.
Materiallarda qeyd olunur ki, Rusiya və Azərbaycan koronavirus məsələlərində əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Belə ki, 2020-ci ilin yazında Azərbaycana 120 dəst “Vektor” test sistemi (12 min sınaq üçün) verilib.
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev bu gün Kremldə danışıqlar aparacaqlar.