Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Rusiyanın yeni növ koronavirusa (COVİD-19) qarşı "Sputnik V" peyvəndi üçün təsdiq prosedurunu dayandırıb.
Türkiyə vaksini Azərbaycanda da tətbiq edilə bilər
FED.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu çərşənbə günü Buenos Ayresdə ÜST-ün Amerika qitəsindəki (Pan American Health Organization, PAHO) başçısının müavini Jarbas Barbosa bildirib.
O qeyd edib ki, ÜST-ün yoxlaması "Sputnik"in istehsal olunduğu müəssisələrdən birində pozuntular aşkar edib.
"Tədbirlər görülməli, lazımi dəyişikliklər edilməli və yeni bir yoxlama tələb edilməlidir ... Bu baş verənə qədər proses dayandırılır", deyə Barbosa bildirib.
O əlavə edib ki, ÜST-dən icazə istəyən peyvənd istehsalçıları yaxşı istehsal standartlarına cavab verdiklərini nümayiş etdirməlidirlər.
İyunda Rusiyaya səfər edən ÜST mütəxəssisləri "Sputnik"in istehsal olunduğu 7 müəssisədən 4-nü yoxlayıblar. İddialar yalnız birinə - Ufa Vitamin Zavoduna qarşı ortaya çıxıb.
Rusiya hakimiyyətinin payız üçün gözlədiyi "Sputnik V"nin Avropada təsdiqlənməsi də uzanır.
Avropa Dərman Agentliyinin (EMA) mütəxəssisləri hələ də bütün lazımi məlumatları almadıqlarını və sentyabr ayında bir yoxlama ilə Rusiyaya üçüncü dəfə səfər etməyi planlaşdırdıqlarını iddia edirlər. Guya, "Sputnik V"nin qeydiyyatı ilə bağlı problemlər Rusiya və Avropa klinik sınaqları və hazır məhsullara nəzarət üsulları arasındakı fərqlərlə əlaqəli ola bilər. (marja)