01.05.2025 tarixindən etibarən sığortaolunan şəxslər üçün xəstəlik vərəqələri yalnız elektron sənəd formasında tərtib edilir.
Tibbi sığortada MRT və KT müayinəsi ödənişi dəyişdi – YENİ QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu sənədlər Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) üzərindən hazırlanır və Dövlət Sosial Müdafiə Fondunun ƏMAS altsisteminə birbaşa elektron qaydada ötürülür.
"Kağız daşıyıcıda xəstəlik vərəqələrinin təqdim olunmasına ehtiyac qalmır.
Proses daha sürətli, şəffaf və əlçatan şəkildə həyata keçirilir", - qurumdan qeyd edilib.