Bu ilin yanvar-mart aylarında səhiyyə sahəsində orta aylıq nominal əmək haqqı 927,2 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İllik müqayisədə bu göstərici 105,2 manat (12,8%) artıb. Ötən ilin müvafiq dövründə bu sahədə orta aylıq əmək haqqı 822,0 manat olmuşdu.
Məlumatlara əsasən, hesabat dövründə dövlət sektorunda orta aylıq maaş 965,8 manat təşkil edib. Bu, illik müqayisədə 121,4 manat (14,4%) artım deməkdir. 2024-cü ilin müvafiq dövründə bu göstərici 844,4 manat idi.
Qeyri-dövlət sektorunda isə orta aylıq maaş 761,5 manat olub. İllik müqayisədə 43,6 manat (6,1%) artım qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 717,9 manat təşkil etmişdi.