Bu ilin yanvar-mart aylarında nəşriyyat fəaliyyəti sahəsində orta aylıq nominal əmək haqqı 829,1 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İllik müqayisədə bu göstərici 76,2 manat (10,1%) artıb. Ötən ilin müvafiq dövründə bu sahədə orta aylıq əmək haqqı 752,9 manat olmuşdu.
Məlumatlara əsasən, hesabat dövründə dövlət sektorunda orta aylıq maaş 1 141,8 manat təşkil edib. Bu, illik müqayisədə 106,0 manat (10,2%) artım deməkdir. 2024-cü ilin müvafiq dövründə bu göstərici 1 035,8 manat idi.
Qeyri-dövlət sektorunda isə orta aylıq maaş 700,3 manat olub. İllik müqayisədə 73,9 manat (11,8%) artım qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 626,4 manat təşkil etmişdi.