Əhalinin səhiyyə sistemindən gözləntilərinin bir il ərzində qarşılanması mümkün deyil.
Eləcə də bax: Ötən ay əhaliyə 242 bahalı əməliyyat - PULSUZ EDİLİB
FED.az xəbər verir ki, bu barədə keçirilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Eləcə də bax: Terapevt 1200 manat, Cərrah 4-5 min manat - TİBBİ SIĞORTADA – HƏKİMLƏRİN MAAŞI
«Bunun üçün müəyyən vaxt tələb olunur və bu proses mərhələlərlə öz həllini tapacaq. Bir çox ölkələrdə icbari tibbi sığortanın tətbiqi müəyyən müddət ərzində reallaşmışdır. İcbari tibbi sığortanın tətbiqindən sonra da xəstəxanalarda həmin həkimlər çalışacaq, həmin tibbi xidmətlər göstəriləcək».
Agentlik rəhbəri bildirib ki, sadəcə olaraq səhiyyə sisteminin icbari tibbi sığortaya keçidində yeni mexanizmlərin və qaydaların tətbiqi müsbət dəyişikliklərə səbəb olacaq: «Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, göstərilən elektron xidmətlərin genişləndirilməsi, tibb müəssisələrində tətbiq olunan keyfiyyət standartları, səhiyyə işçilərinin təlimlərə cəlb edilməsi, əməkhaqlarına tətbiq edilən əlavələr – bütün bunlar hamısı göstərilən tibbi xidmətlərin keyfiyyətinə bilavasitə təsir etmiş olacaq. Bu islahatın uğurla həyata keçirilməsi ölkəmizdə səhiyyə sistemini köklü sürətdə dəyişəcək və əhalinin tibbi xidmətlərə əlçatanlığını artıracaq».