Yanvar ayı ərzində ümumilikdə 242 nəfər həyati vacib-dəyəri yüksək olan əməliyyatlardan yararlanıb.
Eləcə də bax: İcbari sığortadan sonra xəstəxanalara - AXIN BAŞLAYIB – RAYONLAR, SAYLAR
FED.az xəbər verir ki, bu barədə keçirilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, bahalı əməliyyatlar arasında, koronar damarlara stendlərin tətbiqi (76 əməliyyat), kardiologiya/ürək-damar cərrahiyyəsi (60 əməliyyat), oftalmologiya (42 əməliyyat), urologiya (24 əməliyyat), nevrologiya/neyrocərrahiyyə (23 əməliyyat) üzrə əməliyyatlar çoxluq təşkil edir.