Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndi Azərbaycanda istehsal oluna bilər.
Eləcə də bax: Belarusda “Sputnik V” peyvəndinin klinik sınaqları - 95% Effektiv Olub
FED.az xəbər verir ki, bu barədə Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri, “R-Farma”nın yaradıcısı və direktorlar şurasının sədri Aleksey Repik bildirib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini və səfər çərçivəsində Azərbaycan nümayəndələri ilə “Sputnik V” peyvəndinin bu ölkədə istehsalı, eləcə də “Sputnik V”-nin “AstraZeneca” peyvəndi ilə kombinə olunmuş şəkildə klinik sınağı məsələlərini müzakirə edəcəklər.
“Proqram təkcə Rusiyada deyil, bir sıra ölkələrdə buraxılacaq. İndi biz kilinik tədqiqat layihəsini müzakirə etmək üçün Azərbaycana uçuruq. Yaxın Şərq, MDB-nin digər ölkələri də bu fəaliyyətə qoşula bilər”, - deyə A. Repik “Rossiya 24” kanalına müsahibəsində qeyd edib. (APA)