Koronavirusa qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin Belarusda aparılan klinik sınaqları 95 % effektiv olub.
Eləcə də bax: TƏBİB peyvəndlərin tətbiq ediləcəyi tarixi - Açıqladı
FED.az xəbər verir ki, bunu Rusiyanın Minskdəki səfiri Dmitri Mezentsev “Rossiya 24” kanalına müsahibəsində deyib.
Səfir bildirib ki, sınaqlar 100 Belarus vətəndaşı arasında aparılıb: “Rusiya istehsalı olan vaksininin yüksək effektivliyi özünü göstərib - təxminən 95%. Bu, çox əhəmiyyətli nəticədir”.
Mezentsev qeyd edib ki, bundan sonra vaksinin Belarusa tədarükünü müzakirə etmək mümkün olacaq. Onun sözlərinə görə, “Sputnik V” peyvəndinin iki ölkənin birlikdə istehsal etməsi istiqamətində danışıqlar davam edir. (Apa)