Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın heyvandarlıq məhsulları, yem və yem əlavələrinin istehsalı və saxlanması üzrə 23 müəssisəsinə Azərbaycana məhsul ixrac etmək hüququ verib.
Novosibirsk və Tomsk vilayətlərindən Azərbaycana 24 tondan çox dondurma - TƏDARÜK EDİLİB
FED.azi “Rosselxoznadzor”a istinadən xəbər verir ki, hazırda Rusiyanın 1100-dən çox müəssisəsi Azərbaycan bazarına çıxışa malikdir.
“Rosselxoznadzor” Azərbaycana məhsul ixrac etmək hüququna malik olan Rusiya müəssisələrinin siyahısının genişləndirilməsi istiqamətində işi davam etdirir.(İnterfaks-Azərbaycan)