2023-cü ilin əvvəlindən Rusiyanın Novosibirsk və Tomsk vilayətlərindən Azərbaycana 24,17 ton dondurma tədarük edilib.
Tomsk vilayəti Azərbaycana - Dondurma İxracına Başlayıb
FED.az Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Regional İdarəsinə istinadən xəbər verir ki, ixrac partiyasının hazırlanması zamanı RF-dən Azərbaycana ixrac edilən məhsulların üzərindəki etiketlərin rəsmiləşdirilməsi ilə bağlı 1 aprel 2023-cü il tarixindən qüvvəyə minmiş yeni qaydalar nəzərə alınıb. Belə ki, dondurmaların etiketləri üzərindəki məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.
Bundan başqa, partiyanın daşınması Azərbaycanla razılaşdırılmış baytarlıq sertifikatının müşayiəti ilə həyata keçirilib. (İnterfaks-Azərbaycan)