Rusiyanın 10-dan çox müəssisəsi Azərbaycana heyvandarlıq məhsullarının ixracı hüququnu təsdiqləyib.
Azərbaycanın xaricdən aldığı ət 7% bahalaşıb
FED.az xəbər verir ki, "Rosselxoznadzor”un məlumatına görə, Rusiyanın Omsk, Voronej, Vladimir, Nijni Novqorod, Leninqrad vilayətlərində, Krasnodar diyarında və Başqırdıstan Respublikasında yerləşən daha 11 quş əti, süd, balıq, hazır ət və yağ məhsulları istehsal edən müəssisə Azərbaycana ixrac tədarükü hüququnu təsdiqləyibş
Qərar “Qida Təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq 2023-cü ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tətəfindən aparılmış videotəftiş tədbirlərinin nəticələrinə əsasən qəbul olunub.
«Hazırda Azərbaycana heyvandarlıq mallarının gətirilməsinə icazə verilən Rusiya təşkilatlarının siyahısına ümumilikdə 114 obyekt daxil edilib», - agentlik vurğulayır. (İinterfaks-Azərbaycan)