Rusiyadan Azərbaycana gətirilən dondurulmuş hind quşu əti istehlaka yararsız çıxıb.
AQTA 4 İran nemətləri mağazasında nöqsanlar aşkarladı – SİYAHI
Bu barədə FED.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
“Lime and Co” MMC Rusiyadan idxal etdiyi “PenzaMolinvest” MMC-nin istehsalı olan 1039.5 kq dondurulmuş hind quşu budu məhsulunda götürülən nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.