12 iyun tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 18 ticarət müəssisəsi, o cümlədən 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 12 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu barədə FED.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 2, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 4 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
“Zəfəran” İran nemətləri mağazası |
Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 3 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 |
“Xəzər” İran nemətləri mağazası |
Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 14 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
“Xurma” İran nemətləri mağazası |
Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 16, m. 29 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 |
“İran nemətləri” mağazası |
Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 7 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
“Bolmart” market |
Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 72 |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
6 |
Ələkbərov Rauf Atəş oğluna məxsus market |
Şamaxı rayonu, Çarhan kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi. |
7 |
Zülfiqarov Elvin Ağaveyz oğluna məxsus market |
Şamaxı rayonu, Çarhan kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
8 |
Məsimov Mahir Nüsrət oğluna məxsus market |
Qəbələ rayonu, Zarağan kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
9 |
“Milli” market |
Gəncə şəhəri, Təbriz küçəsi 128 |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
10 |
“Tüfər” market |
Gəncə şəhəri, D.Qorqud küçəsi 36A |
Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
11 |
“Təbriz” market |
Gəncə şəhəri, Təbriz küçəsi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
İctimai iaşə müəssisələri |
|||
12 |
“Lokanta” dönər evi |
Gəncə şəhəri, N.Gəncəvi küçəsi 215B |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |