Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) ölkə sahibkarlarını Azərbaycana məhsul ixracı ilə bağlı məlumatlandırıb.
Eləcə də bax: Rusiyanın daha 21 müəssisəsinə Azərbaycana məhsul ixrac etməyə - İCAZƏ VERİLİB
FED.az xəbər verir ki, xidmət dekabrın 1-dən Azərbaycana ixrac edilən məhsulların Azərbaycan dilində etiketlənməsinin vacibliyini diqqətə çatdırıb.
“Rosselxoznadzor” yeni qaydalarla bağlı sahibkarları Azərbaycan qanunvericiliyinə riayət etməyə çağırıb. Belə ki, dekabrın 1-dən Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan dilinə tərcümə olunmadan etiketlənmiş məhsulların ölkəyə idxalını qadağan edəcək. (Azərtac)