Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın daha 21 müəssisəsinin ölkəyə heyvan mənşəli məhsullar, həmçinin yem və yem əlavələrinin tədarükü hüququ ixrac etməsinə icazə verib.
“Miras20-İM” MMC-nin istehlaka yararsız qida qatqısı - MƏHV EDİLİB
FED.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat verir.
Bu qərar şirkətlərin Azərbaycanın səlahiyyətli orqanının baytarlıq-sanitar tələblərinə uyğunluğuna dair “Rosselxoznadzor”un təqdim etdiyi zəmanətlər əsasında qəbul edilib.
Hazırda Rusiyanın 1,1 mindən artıq müəssisəsi Azərbaycana məhsul ixrac etmək icazəsinə malikdir.
Xəbər verildiyi kimi, 2021-ci ildə RF ilə Azərbaycan arasında ASK məhsullarının ticarət dövriyyəsi $1,3 milyard təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 4% çoxdur. Rusiya aqroixracı 3% - $718 milyonadək artıb (İnterfaks-Azərbaycan)