"Pfizer" şirkəti, xərçəng müalicəsi yolları və məhsulları inkişaf etdirən "Trillium" şirkətini satın alıb.
Eləcə də bax: İsrail: BioNTech-Pfizerin 3-cü dozası 4 dəfə daha çox qoruma - Təmin Edir
FED.az xəbər verir ki, məlumatdan sonra "Trillium" şirkətinin səhmləri 228% bahalaşıb.
Razılaşmaya görə, "Pfizer" 2,26 milyard dollar ödəyəcək.
"Trillium"un portfelində, xəstələrin immunitet sistemini gücləndirərək xərçəngi təsbit və yox edən bioloji məhsullar var.
"Pfizer"dən Andy Schmeltz deyib: "Trillium"u satın almaqla onkologiyadakı liderliyimizi gücləndirəcəyik". (Marja)