İsrail Səhiyyə Nazirliyi, BioNTech-Pfizer peyvəndinin üçüncü dozası vurulmuş yaşı 60 və yuxarı olan şəxslər üzərində apardığı araşdırmasının bəzi nəticələrini ictimaiyyətə açıqlayıb.
Eləcə də bax: "Nəinki 3-cü, hətta 4-cü, 5-ci vaksin də lazım ola bilər" - MÜSAHİBƏ
FED.az Nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, yaşı 60 və yuxarı olan şəxslərdə üçüncü dozanın, vurulduqdan 10 gün sonra infeksiyaya qarşı ikinci dozaya nisbətlə 4 qat daha çox qoruma təmin etdiyi müəyyən edilib.
Buna əlavə olaraq, eyni yaş qrupundakı şəxslərin 3-cü dozanı vurdurduqdan 10 gün sonra xəstəliyi ağır keçirmə və ya xəstəxanaya yatma riskinin də azaldığı, peyvəndin bu vəziyyətlərə qarşı da 5-6 qat daha çox qoruma təmin etdiyi qeyd edilib.
İsrail, keçən ayın sonunda üçüncü doza peyvənd vurulmasına qərar vermişdir.
Təxminən 9,3 milyon əhaliyə malik İsraildə Baş nazir Naftali Bennett daxil olmaq üzrə bu ana qədər 1 milyon 482 mindən çox adama BioNTech-Pfizer peyvəndinin üçüncü dozası vurulub. (Marja)