2022-ci ildə Azərbaycana dərman vasitələrinin idxalına 505 milyon dollar vəsait xərclənib.
Azərbaycanda ilk dəfə vitamin, mineral, qida əlavələrinin istehsalı başlayıb - YENİ ZAVOD AÇILDI
FED.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, dərman idxalı 2021-ci ildə 408.7 milyon dollar, 2020-ci ildə 327.2 milyon dollar, 2019-cu ildə isə 261.6 milyon dollar olub. Bu o deməkdir ki, son 3 ildə dərman idxalı 2 dəfə artıb.
“Dərman idxalında son illər artımların əsas səbəbləri idxal inflyasiyası və COVID-19 pandemiyası dövründə tələbin yüksəlməsi olub, lakin post-pandemiya dövründə də idxalın həcmində artımlar müşahidə edilməkdədir.
Dərman vasitələrinin 20 faizindən çoxunu Türkiyədən idxal edirik. İllik idxalımızın dəyəri qardaş ölkədən 80 milyon dollardan çoxdur. Amma bununla belə, Azərbaycanda eyni dərman Türkiyə ilə müqayisədə kəskin bahadır. Azərbaycanda dərmanların qiymətlərinin optimallaşdırılması və əlçatanlığın artırılması çox vacibdir.
Eyni zamanda, dərman idxalında Almaniya, Rusiya, Hindistan və İtaliya xüsusi paya malikdir. Həm dərman vasitələrinin qiymətinin aşağı salınması, həm də idxaldan asılılığın azaldılması üçün yerli istehsalın stimullaşdırılması çox vacibdir”, - deyə deputat əlavə edib. (Trend)