AQTA qida əlavələri ilə bağlı aparılan yoxlamaların nəticələrini açıqlayıb.
Eləcə də bax: AQTA-dan qida əlavələri ilə bağlı - XƏBƏRDARLIQ
Fed.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verilib.
AQTA sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib ki, qida əlavələrinin etiket məlumatlarında xəstəliklərin müalicəsi və profilaktikası zamanı istifadə edilməsi halları aşkarlanıb:
"Qadağan olunduğu halda BFMQƏ-lərin həkim reseptinə yazılması və apteklərdə dərman vasitəsi kimi satılması halları aşkarlanır”.
Q.Təhməzli bildirib ki, qida əlavələri dərman vasitəsi deyil və BFMQƏ-nin xəstəliklərin müalicəsi və profilaktikası zamanı istifadə edilməsi qadağandır.