Bioloji aktiv qida əlavələri ilə əlaqədar tənzimləmələr olacaq.
Azərbaycanda dərmanların tənzimlənən qiymətlərdən baha satılması - QADAĞAN OLUNUR
FED.az xəbər verir ki, bu barədə qanun layihəsini Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təqdim edib.
Dəyişikliklərə əsasən, layihədə bioloji aktiv qida əlavələri ilə əlaqədar tənzimləmələr təkmilləşdirilir (adlarının yazılması, apteklərdə saxlanılması, reklamlarda verilməsi).
Şöbə müdiri qeyd edib ki, bioloji fəallığa malik qida əlavəsinin və dövlət qeydiyyatına alınmış dərman vasitəsinin adlarında ən azı 4 hərf fərqi olması tələbi müəyyən edilir, bioloji fəallığa malik qida əlavəsinin tərkibində olmayan maddənin onun adında istifadəsi qadağan olunur.