Bəzi istehsalçılar qadağan olunan qənd məhsullarını yas mərasimlərində istifadə üçün verməyə çalışırlar.
Eləcə də bax: Azərbaycanda keyfiyyətsiz qənd istehsal edən - ŞİRKƏTLƏRİN ADI AÇIQLANIB - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib.
O bildirib ki, qənddə tapılan maddə insan sağlamlığı üçün olduqca təhlükəlidir:
"Həmin qənd məhsulları satışdan yığışdırılır. Lakin vətəndaşlarmızın həssas yerini bilirlər və görürlər ki, yas mərasimlərinə nəzarət etmək çətindir. Ona görə də qadağan olunan qəndləri burada istifadə üçün verməyə çalışırlar", - deyə o qeyd edib. (Trend)