Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqlər davam etdirilir.
“Bolluq” MMC-də pozuntular aşkarlandı, sahibkarı ilə bağlı - TƏDBİR GÖRÜLDÜ
AQTA-dan FED.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində qənd istehsalı müəssisələrində aparılan monitorinqlər zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən qənd məhsullarından nümunələr götürülərək müayinələrə cəlb olunub və bir sıra məhsullarda kükürd-dioksidin (SO2) kütlə payının normativ sənəddə göstərilən həddən yüksək olduğu aşkar edilib.
Müəyyənləşdirilmiş faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, həmin məhsulların satışdan çıxarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib, həmçinin tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi üçün istehsalçı şirkətlərə müraciət olunub.
Yoxlamalar nəticəsində tərkibindəki kükürd-dioksidin kütlə payının normadan artıq olduğu müəyyən edilmiş əmtəə nişanları və istehsal müəssisələrinin siyahısı:
№ |
Məhsulun istehsalçısı |
Məhsulun əmtəə nişanı |
Məhsulun istehsal tarixi |
Qablaşdırmanın həcmi |
1 |
“Şüvəlan şirniyyat” ASC |
“Qidam” ağ qənd |
01.03.2021 |
700 qr |
“Abşeron” ağ qənd |
19.11.2021 |
600 qr |
||
“Bol” ağ qənd |
27.01.2022 |
700 qr |
||
“Yek dad” ağ qənd |
21.02.2022 |
700 qr |
||
“Bolqənd” xırda qənd |
10.11.2021 |
150 qr |
||
“Yek dad” xırda qənd |
16.08.2021 |
150 qr |
||
“Yek dad sweet as honey” qənd |
01.11.2021 |
700 qr |
||
“Yek dad sweet as honey” qənd |
02.03.2022 |
1700 qr |
||
“Bol qənd” kəllə qənd |
21.02.2022 |
700 qr |
||
“Abşeron qənd” kəllə qənd |
21.02.2022 |
100 qr |
||
2 |
“Bolluq” MMC |
“Bolluq” ağ qənd |
23.12.2021 |
500 qr |
“Bəyaz” ağ qənd |
10.03.2022 |
600 qr |
||
3 |
f/ş Nadirov Tofiq Həmid oğlu |
“Əsl tam” əla növ kəllə qənd |
01.02.2022 |
700 qr |
4 |
f/ş Kərimov Əfqan Bəhriş oğlu |
“Dişləmə” kəllə qənd |
24.12.2021 |
700 qr |
17.06.2022 |
||||
09.02.2022 |
500 qr |
|||
18.06.2022 |
||||
5 |
“Aysu Qida Sənaye LTD” MMC |
“Umelaya xozyayka” qənd |
13.01.2022 |
500 qr |
6 |
“ŞAM-Fİ İnternational Trading Company” MMC |
“Bizim aşçı” ağ qənd |
21.02.2022 |
750 qr |
7 |
“Əmin qida sənaye” MMC |
“İlğım” ağ qənd |
01.06.2021 |
800 qr |
8 |
f/ş Qəmbərov Rauf Rəfi oğlu |
“Kral” kəllə qənd |
20.02.2022 |
5 kq |
9 |
f/ş Rəhmanov Pənah Güləhməd oğlu |
“Şipşirin” qənd |
09.03.2022 |
700 qr |
10 |
f/ş Novruzov Əbdulla Əmir oğlu |
“Skazoçnaya tayqa” qənd |
21.08.2021 |
5 kq |
11 |
f/ş Babayev Nazim Səyyaf oğlu |
“Əla keyfiyyətli” kəllə qənd |
02.03.2022 |
150 qr |
12 |
f/ş Bayramov T. |
“Göyçə” qənd |
08.02.2021 |
150 qr |
AQTA istehsalçı şirkətləri qeyd olunan məhsul partiyalarını satış şəbəkələrindən dərhal geri çağırmağa, istehlakçıları isə bu məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edir.