Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyatlı qurumlara məktub göndərib.
Eləcə də bax: Bu şirkət daha da varlı olacaq - ÖLÜMÜ 89% AZALDAN YENİ KORONAVİRUS DƏRMANI
Bu barədə FED.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Məktuba əsasən Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb: "Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir", - məlumatda qeyd edilir.