Azərbaycanda apteklərin sayı kifayət qədər çoxdur, həmin apteklərin tələblərə cavab verməsi sual altındadır.
Aptekdə "o dərman yoxdur, başqası var" deyənlər - CƏRİMƏ EDİLƏCƏK
FED.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Əhliman Əmiraslanov bildirib ki, bu sahədə kifayət qədər narazılıqlar var: “Dərmanların keyfiyyəti və qiyməti ilə bağlı da çox şikayət eşidirik . Bu məsələ ayrıca müzakirə mövzusudur. Dərmanların keyfiyyəti və əlçatanlığı ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə tədbirlər keçirilməlidir”. (Apa)