Koronavirus pandemiyası az inkişaf etmiş ölkələrin iqtisadiyyatına cox ciddi ziyan vurub.
Eləcə də bax: Pandemiya bütün mövcud iqtisadi modelləri pozdu – Necə?
FED.az xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında deyilir.
Qeyd olunur ki, pandemiya nəticəsində bu ölkələrdəki 32 milyondan çox şəxs ifrat yoxsulluq həddinə çata bilər.
Hesabata əsasən, pandemiya günə 2 dollardan az məbləğə yaşayan insanların ümumi sayının 32,5 faizdən 35,5 faizədək artmasına səbəb olacaq.
Ən çox iqtisadi fəsadlara Afrika ölkələri və kiçik ada ölkələri məruz qalacaq. (Trend)