"Bu gün dövlət tibb müəssisələri ilə yanaşı 150-dən çox özəl və təsərrüfat hesablı tibb müəssisələrində vətəndaşlar icbari tibbi sğorta hesabına tibbi xidmət ala bilirlər. 2023-cü ilin 11 ayı ərzində özəl tibb müəssisələrində 155 mindən artıq əməliyyat və prosedur icra olunub ki, bu da 2022-ci illə müqayisədə 40 faiz artıq deməkdir".
Xəstəxanalara, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə verilən - VERGİ GÜZƏŞTLƏRİ
FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətini sədri Zaur Əliyev bildirib.
O əlavə edib ki, xidmətlərin göstərilməsi müqabilində özəl tibb müəssisələrinə 248 milyon manat vəsait xərclənmişdir.
Beləliklə, hər bir özəl və təsərrüfat hesablı tibb müəssisəsi ötən ilin 11 ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən orta hesabla 1 milyon 650 min manat alıb. ("Azərbaycan" qəzeti)