Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə Pirallahı Sənaye Parkının rezidenti “Medtest” MMC arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Eləcə də bax: İsrail şirkəti Azərbaycanda tibb məhsulları istehsal edəcək - FOTO
FED.az bu barədə “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinə istinadən xəbər verir.
Memorandumun əsas məqsədi “Medtest” MMC tərəfindən TƏBİB-in tabeliyində olan tibb müəssisələrində məhsulların keyfiyyət testlərinin aparılması, şəkərli diabet xəstəliyinin müalicəsi üçün peşəkar kadrların hazırlanmasına dəstək göstərilməsidir.