2024-cü il ərzində Azərbaycanda pərakəndə ticarət məntəqələrində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 milyard 347.6 milyon manat vəsait xərclənib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4% azdır.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2.2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatlara alınmasına sərf olunub.
Təkcə dekabr ayında əhali 203 milyon manatlıq dərman və tibbi ləvazimat alıb.